Xulio Sezar Çavez Junior ruhi xəstəxanadan buraxıldıqdan bir neçə həftə sonra polis tərəfindən həbs edilib.
Aut.az xəbər verir ki, Kiçik Çavez əfsanəvi boksçu Xulio Sezar Çavezin oğludur. Meksikalı dəfələrlə çempionluq kəmərlərinə sahib çıxıb.
37 yaşlı boksçu peşəkar karyerası ərzində 55 döyüş keçirib və bunun 50-də qalib gəlib. O, son döyüşünü 2021-ci ilin dekabrında keçirib və David Zeqarraya qalib gəlib. Hələ rəsmi olaraq əlcəklərini “mismar”a taxmayıb.
Bununla belə, son aylarda meksikalı özünü ciddi problemlərlə üz-üzə qoyub. Noyabr ayında boksçu narkotik asılılığından müalicə aldığı psixiatriya xəstəxanasına yerləşdirilib. Bir neçə həftə əvvəl kiçik Çavez terapiya bitməmiş oradan ayrılıb.
İndi 37 yaşlı boksçu dəmir barmaqlıqlar arxasındadır. İdmançı Los-Ancelesdə qanunsuz silah saxlamaqla bağlı həbs edilib. Onu küçədə tüfənglə gedərkən görən qonşusu hüquq-mühafizə orqanlarına xəbər verib.
Kiçik Çavez zabitlərə silahın tapıldığı evə girməyə icazə verib. Silahın qeyri-qanuni yolla əldə edildiyi məlum olub. Yəni, onun seriya nömrələri yox idi və izlənilə bilməzdi. Buna görə də hadisə yerinə gələn əməkdaşları Çavezi həbs etmək qərarına gəliblər.
Mediaya boks üzrə keçmiş dünya çempionunu hansı nəticələrin gözlədiyi barədə məlumat verilmir. Lakin qeyri-rəsmi məlumatlara görə, kiçik Xulio Sezar Çavesin işində iş qeyri-qanuni silahların müsadirəsi, üzrə aparılır. Onunla bağlı istintaq cərimə ilə yekunlaşa bilər.