Boks

İkiqat dünya çempionu 15 il sonra rinqə qayıdır

İki divizion üzrə keçmiş dünya çempionu Rikki Hatton rinqə qayıdacağını açıqlayıb.

Aut.az xəbər verir ki, 46 yaşlı Hatton (45-3), dekabrda Eisa Al Dah (8-3) ilə döyüşməyi planlaşdırır.

Hatton sonuncu dəfə 2012-ci ildə Vyaçeslav Sençenkoya qarşı döyüşüb və məğlub olub. Onun adı 2024-cü ildə Boks Şöhrət Zalına daxil edilib.

Aut.az