Dünya futbolu

Ərəblər bir həftədir danışıq aparırlar: “İnter Mayami” nəyə arxayındır?

“İnter Mayami” rəhbərliyi Lionel Messini komandada saxlaya biləcəklərinə inanır.

Argentinalı futbolçu ilə Amerika klubu arasındakı hazırkı müqavilə 2025-ci ilin dekabrına qədərdir.

Aut.az xəbər verir ki, bundan əvvəl “Əl-Əhli”nin hücumçu ilə müqavilə imzalamaq niyyətində olduğu və bir neçə həftədir ki, onu Səudiyyə klubuna keçməyə razı salmağa çalışdığı haqda xəbərlər yayılmışdı.

Bununla belə, “İnter Mayami” argentinalını klubda saxlaya biləcəyinə əmindir.

Lionel Messi bu mövsüm MLS-də 14 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib.

Aut.az