Salahın mənzilini kimin qarət etdiyi bəlli oldu
Misir polisi “Liverpul”un ulduzu Məhəmməd Salahın Qahirədəki evindən oğurluq etdiyi iddia edilən iki nəfəri həbs edib.
Aut.az xəbər verir ki, Salahın 2022-ci il Afrika Millətlər Kubokunda qazandığı gümüş medal da tapılıb. Bu barədə “The Mirror” məlumat yayıb.
Misir Daxili İşlər Nazirliyi həbs edilənlərdən birinin yaşayış kompleksinin keçmiş mühafizəçisi olduğunu bildirib.
Martın əvvəlində baş vermiş hadisə zamanı oğurlanan əşyalar arasında üç cüt buts da olub.
Aut.az
