Dünya futbolu

“Ayaks” rəsmən elan etdi: Mikautadze satıldı

Fransanın “Mets” klubu Gürcüstan millisinin hücumçusu Georges Mikautadzenin hüquqlarını Amsterdam “Ayaks”ından alıb.

Aut.az xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, forvard 2023/2024 mövsümünün ikinci yarısını icarə əsasında Fransada keçirib. Fransa klubunun Mikautadze üçün 13 milyon avro ödəyəcəyi bildirilir.

Xatırladaq ki, Mikautadze 2017-ci ildən “Mets” sistemindədir. 2023-cü ilin yayında “Ayaks” futbolçunu 16 milyon avroya alıb, lakin altı ay sonra forvardı 6 aylıq icarə əsasında yenidən Fransa klubuna göndərib.

Qeyd edək ki, 23 yaşlı hücumçu Gürcüstan millisinin heyətində Avro-2024 -də çıxış edib. Mikautadze dörd oyun keçirib, üç qol vurub və bir məhsuldar ötürmə edib.

Aut.az