Eto’Onun bu FOTOSU hər kəsi şoka saldı
Kamerun yığmasının sabiq hücumçusu Samuel Eto’onun fotosu hər kəsi şoka salıb.
Aut.az xəbər verir ki, fotonu “Marca” yayıb. 42 yaşlı sabiq futbolçu xeyriyyə oyununda iştirak edib. İspan qəzetinin yaydığı fotoda Eto’Onun xeyli kilo aldığı görünür.
“Marca” fotoya belə şərh verib: “Samuel Eto’Onun xeyriyyə matçında şok görünüşü… nə qədər dəyişib”.
Eto’O karyerasının 2019-cu ilin sentyabrında 38 yaşında bitirib. O, “Barselona”, “İnter” və “Çelsi” kimi məşhur klublarda çıxış edib.

Aut.az
