Bu qadından heç nazirin də xəbəri yoxdur – VİDEO
Çində keçirilən Ümumdünya Universiadasında Somalini təmsil edən Nasra Abukar Əlinin çıxışı qalmaqala səbəb olub.
Aut.az xəbər verir ki, buna səbəb idmançının 100 metr məsafəni qət etmək üçün 20 saniyədən çox vaxt sərf etməsidir. Nəticədə ölkənin idman naziri Mohamed Barre Mohamud açıq şəkildə ictimaiyyətdən üzr istəyib.
Nazir 20 yaşlı atletin yarışda iştirak etmək üçün necə seçildiyini bilmədiklərini söyləyib. Nazirlik həmçinin Somali Olimpiya Komitəsinin və Milli Atletika Federasiyasının prezidenti Xədicə Aden Dahirini istefaya göndərib. Buna səbəb idmançının federasiya prezidentiylə qohum olması barədə yayılan xəbər olub. Bildirilir ki, Nasra məhz münasibətləri sayəsində oyunlarda iştirak etmək şansı qazanıb.
Somali Universitetlər Birliyi Somali komandası olaraq Çinə heç bir idmançı göndərmədiklərini söyləyib.
Nasra Abukarın ağrılı şəkildə yavaş qaçışının video görüntüləri sosial mediada yayılıb. Mohamud Barre Mohamud onun çıxışının Somali üçün utancverici olduğunu söyləyib.
