Mudrik Londonda “Yaşasın Ukrayna” şüarına məhəl qoymadı – VİDEO
“Çelsi”nin və Ukrayna millisinin futbolçusu Mixail Mudrikin yer aldığı video sosial şəbəkələrdə yayılıb.
Aut.az xəbər verir ki, Mudrik Londondakı “Uembli” stadionunda keçirilən boks gecəsində həmyerlisi Aleksandr Usiklə britaniyalı Daniel Dyubuanın döyüşünü izləmək üçün arenaya gəlib.
Ukraynalı azarkeşlər “Uembli”nin girişində Mudriki görüb, onu qarşılayıblar, lakin futbolçu həmyerlilərinə məhəl qoymayıb. Mudrik “Yaşasın Ukrayna” şüarına da rekasiya verməyib.
Bu da ukraynalı azarkeşlərin narazılığına səbəb olub. Hadisəni lentə alan fanat kameraya belə deyib: “Belə etmə. Daha sadə olub, sadəcə salam verə bilərdin. Heç olmasa gülümsəyərək: “Yaşasın qəhrəmanlar” deyə bilərdin”.
Video qısa vaxtda 1,3 milyon baxış toplayıb.
Qeyd edək ki, dopinq testi müsbət çıxan Mudrik müvəqqəti olaraq oyunlardan təcrid olunub.
Aut.az
