Rusiyalı qapıçı DÇ-yə vəsiqə qazanan Norveç millisindən dəvət gözləyir
“Bodo-Qlimt” klubunun rusiyalı qapıçısı Nikita Xaykin DÇ-2026-da Norveç millisində oynamaqdan şərəf duyacağını bildirib.
Aut.az xəbər verir ki, Xaykinin FİFA sistemində Böyük Britaniya vətəndaşı kimi qeydiyyatdan keçirərək Rusiya vətəndaşlığından imtina etdiyi, tezliklə vətəndaşlığını yeniləmək və Norveç millisində oynamaq niyyətində olduğu daha əvvəl bildirilmişdi.
Daha sonra Norveç millisinin baş məşqçisinin Xaykinlə maraqlandığı barədə xəbərlər yayılıb.
“”Norveç millisi onlara kömək edə biləcəyimi düşünsə və mən də bacara biləcəyimi düşünürəmsə, bu, əla olardı. Onların fantastik heyəti, əla oyunçuları var. Bu, mənim üçün şərəf olardı”.
Nikita Xaykinin 30 yaşı var. O, 2023-cü ildən “Bodo-Qlimt”də çıxış edir.
Aut.az
