Ulduz futbolçu Türkiyə nəhənginə keçməkdən imtina etdi: Juninyo ilə komanda yoldaşı olacaq
“Atletiko”nun mərkəz yarımmüdafiəçisi Saul Niges karyerasını Braziliyada davam etdirəcək.
Aut.az xəbər verir ki bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Onun Madrid klubu ilə müqaviləsini vaxtından əvvəl ləğv edərək “Trabzonspor”a keçəcəyi bildirilirdi. Lakin futbolçu ailəvi səbəblərə görə Türkiyə klubuna imtina cavabı verib.
30 yaşlı futbolçu “Flamenqo”ya keçməyə yaxındır. Tərəflər arasında 3,5 illik müqavilə imzalanması planlaşdırılır. Gözlənilir ki, Nyiges Braziliyaya çərşənbə günü, iyulun 23-də yollanacaq.
Niges “Atletiko”nun əsas komandasında 427 oyuna çıxıb, 48 qol vurub. Ötən mövsüm icarə əsasında “Sevilya”da çıxış edən futbolçu 26 matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Flamenqo”da “Qarabağ”ın sabiq futbolçusu Juninyo Olavio çıxış edir.
Aut.az
