İsraili ABŞ xilas edib: UEFA-ya təzyiq göstərib
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) təşkilat rəhbərliyinin ABŞ-ın təzyiqinə məruz qalmasından sonra İsrail milli komandaları və klublarına beynəlxalq yarışlarda qadağa qoymayacaq.
Aut.az xəbər verir ki, bu barədə “İsraelhayom” internet nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, İsrailə çoxsaylı diplomatlar, futbol assosiasiyalarının nümayəndələri və idman ictimaiyyətinin digər yüksək vəzifəli şəxsləri yardım edib. Hazırda İsrail Futbol Assosiasiyası avrokuboklardan uzaqlaşdırılmaqdan yayınıb, yəni “Makkabi Təl-Əviv” 2025/2026 Avropa Liqasında iştirak edəcək.
Qeyd edək ki, Ukraynaya hücumdan sonra Rusiya komandaları, o cümlədən milli komandalar FİFA və UEFA tərəfindən beynəlxalq turnirlərdən kənarlaşdırılıb.
Aut.az
