Dünya futbolu

Qattuzonu qovdular

“Valensiya” baş məşqçisi Cennaro Qattuso İlə yolları ayırıb.

Aut.az klubun saytına istinadən xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

45 yaşlı mütəxəssis keçən ilin yayından “Valensiya”nı çalışdırırdı. “Yarasalar” La Liqada 18 oyunda 20 xal toplayıb və 20 komanda arasında 14-cüdür.