Dünya futbolu

Azərbaycanlı futbolçu Polşa klubundan ayrıldı

Azərbaycanlı futbolçu Elgün Nəbiyev Polşanın “Limanoviya” klubundan ayrılıb.

Aut.az xəbər verir ki, bu barədə IV liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Limanoviya” maliyyə problemlərinə görə Nəbiyevlə yollarını ayırıb.

Yarımmüdafiəçi ötən ilin aprelindən “Limanoviya”da forma geyinirdi.

Elgün daha əvvəl Azərbaycanda “Zirə”, “Sabah” və “Səbail”də çıxış edib.