Dünya futbolu

Messinin eşqinə yaradılan əsərlər: Kazandan Rosarioya qədər – FOTOLAR

Futbol dünyasında ən çox pərəstiş edilən futbolçulardan biri də Lionel Messidir. PSJ-nin futbolçusunun milyonlarla azarkeşi var. Bu, sonuncu Dünya çempionatı zamanı da öz əksini tapdı. Həmin fanatlar onun şərəfinə müxtəlif əsərlər ortaya çıxarırlar. Onlar bu formada 35 yaşlı futbolçuya sevgilərini nümayiş etdirirlər.

Aut.az həmin qeyri-adi əsərlərin bir qismini təqdim edir.

Messinin eşqinə yaradılan əsərlər: Kazandan Rosarioya qədər - FOTOLAR

Qızıl sol ayaq

Messi 2013-cü ildə “Barselona”da oynayarkən sol ayağı əbədiləşdirilib. Özü də qızılla. Bunun səbəbi isə qollarının çoxunu məhz onunla vurmasıdır. Qızıl heykəliciyin çəkisi 25 kq idi. O, hərracda 4 milyon avroya satılıb.

Messinin eşqinə yaradılan əsərlər: Kazandan Rosarioya qədər - FOTOLAR

Barselonada qraffiti

2016-cı ildə Messi beşinci dəfə “Qızıl top” mükafatını qazandı. Bundan sonra Kataloniyada Messinin uğuruna həsr olunmuş böyük qraffitilər peyda olub. Sənət əsərinin sahəsi nə az-nə çox, düz 18 kvadratmetrdir.

Qraffiti bütün rəssamlar komandası tərəfindən 11 saata çəkilib.

Messinin eşqinə yaradılan əsərlər: Kazandan Rosarioya qədər - FOTOLAR

Messinin eşqinə yaradılan əsərlər: Kazandan Rosarioya qədər - FOTOLAR

Rusiyadakı şəkillər

2018-ci ildə Rusiyada dünya çempionatı zamanı Messiylə bağlı qraffiti peyda olub. Əsər Argentina komandasının qaldığı Kazandakı otellərdən birinin həyətində divara çəkilib. Digəri artıq Moskva yaxınlığındakı Bronnitsidə edilib. Argentina millisi turnir zamanı orada yerləşib.

Messinin eşqinə yaradılan əsərlər: Kazandan Rosarioya qədər - FOTOLAR

“Başqa qalaktikadan və mənim şəhərimdən”

Messi 2022-ci ildə beşinci cəhdində dünya çempionu oldu. Bundan sonra doğma şəhəri Rosarioda onunla bağlı əsər peyda oldu. Hündürmərtəbəli binalardan birində canlı əfsanənin 69 metrlik divar rəsmi çəkilib. “Başqa qalaktikadan və mənim şəhərimdən” – bu yaradıcılığa belə poetik ad verilib.