Boks

“Ondan qorxsaydıq, döyüşdən imtina edərdik”

Promouter Frenk Uorren maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, Tayson Fyurinin Aleksandr Usiki məğlub edəcəyinə əmindir. Əks halda müştərisini bütün ağır çəki dərəcələri uğrunda mübarizədən çəkindirməyə çalışardı:

“Dubois artıq göstərdi ki, Usik zədələnə bilər. Ona problem yaratmaq olar. Baxaq görək Tayson bundan yararlana biləcəkmi. Ancaq məncə Fyuri dünyanın ən yaxşı ağır çəkili döyüşçüsüdür. Ancaq ona mərc edirəm. Əgər onun uduzacağını düşünsəm, Taysonu imtina etməyə və döyüşdən çəkilməyə inandırmağa çalışardım”.