Dünya çempionu həmkarları üçün sosial şəbəkə yaratdı
Məğlubiyyətsiz ukraynalı boksçu, WBA, WBO və IBF üzrə ağır çəkidə dünya çempionu Aleksandr Usik smartfonlar üçün yaratdığı “Ready To Fight” adlı idman tətbiqini təqdim edib.
Aut.az xəbər verir ki, sözügedən tətbiq peşəkar boksçular üçün ilk sosial şəbəkədir. İdmançılara sparrinq tərəfdaşları, məşqçilər və digər personal tapmaqda kömək etmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, Mayın 18-də Aleksandr Usik ağır çəkidə mütləq dünya çempionu adı uğrunda britaniyalı Tayson Fyuri ilə döyüşəcək.
Aut.az
