Boks

Usik karyerasının sonuna qədər neçə döyüş keçirəcəyini açıqladı

WBC, WBA və IBF versiyaları üzrə ağır çəki dərəcəsində dünya çempionu Aleksandr Usik (24-0, 15 KO) peşəkar karyerasını başa vurana qədər daha bir neçə döyüş keçirə bilər.

Aut.az xəbər verir ki, ukraynalı boksçu bu barədə “Ring Magazine” nəşrinə açıqlamasında danışıb. “Məncə, hələ iki-üç döyüşüm olacaq”, – deyə Usik bildirib.

Qeyd edək ki, Aleksandr Usik WBC-dən titulunu könüllü şəkildə qorumaq üçün icazə istəyib. Ukraynalı çempion mümkün rəqib kimi amerikalı Deontey Uaylderi seçib.