Heç cür alınmır: Amorim istefaya gedir?
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim ardıcıl məğlubiyyətlər fonunda klubundan ayrılması ilə bağlı sualı cavablandırıb.
“Komanda üçün yaxşı olduğunu hiss etsəm, gedəcəyəm. Fikrinizə sadiq qalmaq lazımdır. Bunu sona qədər edəcəm.
Fikrimdə heç bir dəyişiklik yoxdur. Yalnız konkret matçlar üçün taktiki dəyişikliklər var”, – portuqaliyalı çalışdırıcı Premyer Liqada “Nyukasl”la uduzduqları oyundan (0:2) sonra mətbuat konfransında deyib.
“Mançester Yunayted” 19 oyundan 22 xal toplayıb və İngiltərə Premyer Liqasında 14-cü yerdədir. Klub bütün yarışlarda keçirdiyi son dörd oyunun dördündə də məğlub olub.
Aut.az
