Dünya cempionatıİngiltərə

İngilislər bu oyuna “Viaqra” qəbul edib çıxacaqlar

İngiltərə millisi 2026-cı il Dünya Kubokunun 1/8 final mərhələsində Meksika ilə oyuna hazırlıq məqsədilə “Viaqra”dan istifadə edə bilər.

Aut.az xəbər verir ki, bu barədə “TalkSport” məlumat yayıb.

Meksika ilə İngiltərə arasında oyun 6 iyul gecəsi Mexiko şəhərində, dəniz səviyyəsindən 2000 metrdən çox yüksəklikdə keçiriləcək. İngiltərə komandası hündürlüyə və seyrək havaya uyğunlaşmaq üçün “Viaqra”dan istifadə etməyi planlaşdırır.

“Viaqra” potensialı artıran vasitə kimi tanınsa da, əvvəlcə yüksək qan təzyiqinin müalicəsi üçün nəzərdə tutulmuşdu. Dərman ağciyərlərdəki qan damarlarını genişləndirir və beləliklə, yüksək hündürlükdə nəfəs almağı asanlaşdırır. İngiltərə komandasının həkimləri “Viaqra”nın məhz bu xüsusiyyətlərindən istifadə etməyi planlaşdırırlar.

Qeyd etmək lazımdır ki, dərman Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən qadağan olunmuş maddələr siyahısına daxil edilməyib

Daha əvvəl Meksika-İngiltərə matçının hava şəraitinə görə təxirə salına biləcəyi bildirilmişdi, lakin FİFA bu ideyadan imtina etdi.

Aut.az