Dünya cempionatı

Meksika ABŞ-a qoşuldu: DÇ-yə ev sahibliyi etmək üçün

Meksika Futbol Federasiyası (FMF) ABŞ ilə birlikdə 2031-ci ildə qadınlar arasında dünya çempionatına ev sahibliyi edəcək.

Aut.az xəbər verir ki, bu barədə “The Athletic” Meksika Futbol Federasiyasına istinadən məlumat verib.

Federasiya Meksikada futbolun inkişafı üçün “vacib razılaşmaları” əks etdirən press-relizdə planlarını açıqlayıb.

Meksika federasiyası açıqlamasında bildirib ki, ABŞ və digər CONCACAF ölkələri ilə bərabər sayda matçla turnirin həmtəşkilatçısı kimi təyin edilib.

Matçların, ev sahibliyi edən ölkələr arasında necə bölüşdürüləcəyi və digər KONKAKAF ölkələrinin də əlavə edilib-edilməyəcəyi bəlli deyil. Meksika federasiyası planları ilə bağlı əlavə təfərrüatları açıqlamayıb.

Aprel ayında FİFA 2031-ci il dünya çempionatına ev sahibliyi etmək üçün yeganə iddiaçının ABŞ olduğunu təsdiqlədi. Bu, qadın futbolu tarixində 48 ölkənin iştirak edəcəyi ilk dünya çempionatı olacaq. Amerikalılar daha sonra turniri digər CONCACAF tərəfdaşları ilə birlikdə keçirməyi planlaşdırdıqlarını söylədilər.

Aut.az