İspaniya

“Atletiko”da mövsümün ən yaxşı o oldu

“Atletiko”nun mətbuat xidməti 2024/25 mövsümünün ən yaxşı futbolçusunun adını açıqlayıb.

Aut.az xəbər verir ki, mövsümün ən yaxşısı Julian Alvares olub.

25 yaşlı forvard klubda bütün yarışlarda 54 oyun keçirib, 29 qol vurub və 7 məhsuldar ötürmə edib.

Alvares “Atletiko”ya keçən yay “Mançester Siti”dən 75 milyon avroya keçib.

Aut.az