Etdiyim hərəkətə heç bir bəhanə yoxdur: Rüdiger üzr istədi
“Real”ın mərkəz müdafiəçisi Antonio Rüdiger İspaniya kubokunun finalında “Barselona” ilə oyunun (3:2 və s.) baş hakimi Rikardo De Burqosdan üzr istəyib.
Aut.az xəbər verir ki, Rüdiger bu barədə sosial media hesabında yazıb.
Qeyd edək ki, Rüdiger teniki sahədə olarkən hakimə qarşı aqressiya nümayiş etdirib, ona buz atıb. Hakim alman futbolçunu meydandan qovduqdan sonra o, yenə də Burqosa tərəf şığıyıb. Bir neçə nəfər onu dayandırmağa çalışıb.
“Dünən gecə etdiyim davranış üçün heç bir bəhanə yoxdur, buna görə üzr istəyirəm.
İkinci hissədən başlayaraq çox yaxşı oyun göstərdik. 111-ci dəqiqədən sonra komandama kömək edə bilmədim və final fiti ərəfəsində səhv etdim. Hakimdən və məyus etdiyim hər kəsdən bir daha üzr istəyirəm”, – Rüdiger deyib.
Aut.az
