İspaniya

“Barsa”dan müəmmalı addım: Onların ayrıldığı ilə bağlı paylaşım silindi

“Barselona” rəsmi saytından cinah yarımmüdafiəçisi Joao Feliks və müdafiəçi Joao Kanselonun klubdan ayrılması ilə bağlı açıqlamanı silib.

 Hər iki futbolçu ötən mövsüm icarə əsasında Kataloniya klubunda çıxış edib.

Aut.az xəbər verir ki, jurnalist Cerard Romeronun “X” sosial şəbəkəsində yazdığına görə, “mavi qranatlar” Feliks və Kanselonun gedişi ilə bağlı bəyanatı siliblər, çünki hər iki futbolçunu komandada saxlamaq istəyirlər.

Ötən mövsüm 24 yaşlı Feliks bütün yarışlarda 45 matçda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun “Atletiko” ilə əmək müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.

Aut.az