Dünya futboluİspaniya

PSV “Barsa”dan onu aldı

PSV mətbuat xidməti rəsmi saytında ABŞ millisinin müdafiəçisi Serxino Desti “Barselona”dan aldığını açıqlayıb.

Aut.az xəbər verir ki, futbolçu Eydhoven klubu ilə 4 illik müqavilə imzalayıb.

Daha əvvəl media Destin satış məbləğinin 10 milyon avro ola biləcəyini yazmışdı.

Xatırladaq ki, Dest 2023/2024 mövsümündə Niderland klubunda icarə əsasında çıxış edib. Bu müddət ərzində amerikalı bütün turnirlərdə 37 matçda iştirak edib,  iki qol vurub və yeddi məhsuldar ötürmə verib. 23 yaşlı futbolçu karyerası ərzində Amsterdam “Ayaks”ı və İtaliyanın “Milan” klublarında da çıxış etməyi bacarıb. ABŞ millisinin tərkibində Dest 33 matçda iştirak edib və iki qol vurub. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 22 milyon avrodur.

Aut.az