İspaniya

“Real”a xəbər çatdırdı: Avropa çempionatına getməyəcək ki…

“Real”ın belçikalı qapıçısı Tibo Kurtua avqustda aldığı ön çarpaz bağ zədəsini sağaltmaq üçün Avro-2024-ü buraxacaq.

Aut.az xəbər verir ki, əvvəllər Kurtuanın aprel və ya mayda qayıda biləcəyi barədə məlumatlar var idi, lakin görünür ki, Kurtua gələn mövsümə üstünlük verir.

“RadioMarca” xəbər verir ki, Kurtua “Real”ın qapıçılar üzrə baş məşqçi Luis Llopis ilə tam fitnes əldə etmək üçün bu yay Belçika ilə Avropa çempionatına getməyəcəyini bildirib.

Qeyd edək ki, əvvəllər Belçika millisində gərginliyin olması barədə xəbərlər yayılmışdı ki, bu da qərarın verilməsində rol oynaya bilər.

İndi “Real”ın əsas qapıçısı Kepa Arrisabalaqadır. O, zədə səbəbindən 5 oyunu buraxıb və bu müddət ərzində qapını ukraynalı Andrey Lunin qoruyub. Bununla belə, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti Kepanın oynamağa davam edəcəyini açıqlayıb.

Aut.az