Flik onu istəyir, komanda isə yox
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Bayer Leverkuzen”in müdafiəçisi Conatan Tanı komandada görmək istəyir.
Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Almaniya millisində 28 yaşlı futbolçu ilə işləmək təcrübəsi olan 59 yaşlı mütəxəssis azad agent kimi yayda onun Kataloniyaya keçəcəyinə ümid bəsləyir. Lakin futbolçular onun komandanın üslubuna uyğun gəlmədiyini düşünür. Buna görə Tanı komandada görmək istəmirlər.
Conatanın komandaya qoşulub-qoşmayacağına sonda Flik qərar verməli olacaq.
Aut.az
