“Real”ın futbolçusunun səhhəti pisləşdi, xəstənalıq oldu
“Real”ın müdafiəçisi Raul Asensio səhhətindəki problemlər səbəbindən xəstəxanaya yerləşdirilib.
Aut.az İspaniya mediasına istidən xəbər verir ki, futbolçuda qastroenterit simptomları kəskinləşib.
Asensio xəstəlik səbəbindən Çempionlar Liqasında “Bayern”ya qarşı oyunu buraxıb. Son iki gün ərzində isə onun vəziyyəti daha da pisləşib və 6 kiloqram çəki itirib, nəticədə xəstəxanaya müraciət etmək məcburiyyətində qalıb.
Bildirilir ki, Raulun qısa müddətdə meydana qayıtması gözlənilmir.
23 yaşlı müdafiəçi cari mövsümdə 31 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
