Dünya futbolu

Keyruş istefa verdi: Heç bir il işləmədi

Qətər millisinin baş məşqçisi Karluş Keyruş vəzifəsini tərk edib.

Aut.az xəbər verir ki, 70 yaşlı mütəxəssislə müqaviləyə tərəflərin razılığı ilə xitam verilib.

“QFA Keyruşa fəaliyyəti dövründə göstərdiyi fədakarlığa görə səmimi təşəkkürünü bildirir. Ona gələcək karyerasında uğurlar arzulayırıq”, – deyə assosiasiyanın açıqlamasında bildirilir.

Noyabrda qətərlilər DÇ-2026-nın seçmə mərhələsinin ikinci mərhələsində Əfqanıstan (8:1) və Hindistanı (3:0) məğlub edərək, 6 xalla A qrupunda cədvələ başçılıq edirlər.

Portuqaliyalı çalışdırıcı fevral ayında Qətər millisinin başına keçərək DÇ-2026-nın sonuna qədər müqavilə imzalamışdı.

Aut.az