Xavi “Barsa” rəhbərliyi ilə görüşdü: Nöqtə qoyuldu
Aprelin 24-də “Barselona”nın baş məşqçisi Xavi ilə Kataloniya klubunun top menecmenti arasında görüş olub.
Aut.az xəbər verir ki, görüşdə əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılaşma müzakirə edilib. “Blauqrana” prezidenti Joan Laporta Xavini saxlamaqda israrlıdır. Lakin ispan məşqçi bu mövsümün sonunda klubdan ayrılmaqda israrlıdır.
Bildirilir ki, tərəflər əməkdaşlığı davam etdirməklə bağlı razılığa gələ bilməyiblər.
Xavinin Kataloniya klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Lakin yanvarda məşqçi cari mövsüm başa çatdıqdan sonra postunu tərk edəcəyini açıqlamışdı.
Son vaxtlar Xavinin qərarını yenidən nəzərdən keçirə biləcəyi ilə bağlı məlumatlar aktiv şəkildə müzakirə olunur.
Aut.az
