“Real”ın qadınları kişilərə örnək oldular: “Barsa” üçün… – FOTO
İspaniyada Qadınlar arasında Super Kubokunun finalında “Barselona” “Real Madrid”i 2-0 hesabı ilə məğlub edib.
Aut.az xəbər verir ki, matçın ən əlamətdar anı final fitindən sonra baş verib.
Madrid klubunun futbolçuları qaliblər üçün “şərəf dəhlizi” təşkil ediblər. Bu jest sosial mediada dərhal böyük diqqətə səbəb olub. Bu epizod, “Real”ın kişilərdən ibarət komandasının “şərəf dəhlizi” təşkil etməkdən imtina etməsi fonunda xüsusilə rezonans doğurub. Kişilərin bu hərəkət ciddi tənqidlərə səbəb olmuşdu.
Aut.az

