Flik “Barselona” ilə ilk mükafatını qazandı
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik avqustda La Liqanın ən yaxşı məşqçisi seçilib.
Aut.az xəbər verir ki, mükafat uğrunda mübarizədə bu yaydan Kataloniya klubuna rəhbərlik edən Flik Luis Qarsiya (Alaves) və Marselinonu (Vilyarreal) qabaqlayıb.
“Barselona” avqustda La Liqada keçiridyi 4 oyununun hamısında qalib gəlib və turnir cədvəlinə başçılıq edir.
Aut.az
