Ançelotti Kurtuanın meydanlara qayıdacağı tarixi açıqladı
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti dizinin çarpaz bağlarından və meniskindən zədə alan Tibo Kurtua haqqında danışıb.
Aut.az xəbər verir ki, italyan mütəxəssis belçikalı qapıçının meydanlara qayıdacağı vaxtı rəsmən açıqlayıb: “Sabah Tibo Kurtua oynayacaq”.
Qeyd edək ki, sabah (mayın 4-də) “Real” “Kadis”i qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 18:15-də başlayacaq. Bu, Kurtuanın cari mövsümdə ilk oyunu olacaq.
Aut.az
