İspaniya

“Real”la barışmağa çalışırlar: Növbəti boykotun qarşısını almaq üçün

“France Football” nümayəndələri bir neçə dəfə Madriddə olaraq “Real” rəhbərliyi ilə münasibətləri yoluna qoymağa çalışıblar.

Aut.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Görüşlərin əsas məqsədi klubla barışığa nail olmaq və futbolçularla məşqçilərin qarşıdan gələn “Qızıl top” mükafatlandırma mərasimini boykot etməməsi olub. Lakin bütün cəhdlər nəticəsiz qalıb. “Real” hələ də Vinisius Juniorun 2024-cü ildə “Qızıl top”u niyə almadığını anlaya bilmir.

Bu ilin mükafatlandırma mərasimi 22 sentyabrda Parisdə keçiriləcək.

Xatırladaq ki, ötən il “kral klubu” tədbirdə iştirak etməmişdi.

Aut.az