İspaniyaTürkiyə

Türkiyə klubuna keçəsi olmadı: Ailəsi icazə vermədi

İspaniyanın “Atletiko” klubunun yarımmüdafiəçisi Saul Niqes “Trabzonspor”a keçməkdən imtina edib.

Aut.az xəbər verir ki, bu barədə futbolçunun özü sosial şəbəkədə məlumat verib.

Yarımmüdafiəçi artıq Türkiyə klubu ilə müqavilənin şərtlərini razılaşdırmışdı və yaxın vaxtlarda tibbi müayinədən keçməli idi, lakin bunu ailəsi ilə müzakirə etdikdən sonra bu variantdan imtina edib.

Saul 2012-ci ildən Madrid komandasında çıxış edir, onların heyətində 427 oyun keçirib, 48 qol vurub və 26 məhsuldar ötürmə edib.

Aut.az