Formatla razılaşmır ki, razılaşmır – Absurddur
“Real”ın prezidenti Florentino Peres UEFA-nı gələn mövsümdən Çempionlar Liqasının formatını dəyişmək qərarına görə tənqid edib.
“UEFA menecerləri başqa tərəfə baxırlar. Çempionlar Liqasında islahatlar aparırlar, amma bu futbol layihəsi qəribə, absurd və mənasızdır. Ev və səfər matçları yox, çoxlu görüşlər. Absurd. Bu, uyğun bir həll deyil. Cari Çempionlar Liqasının 125 matçının hüququ İspaniyaya 360 milyon avroya satılıb, 2024-cü ilə qədər 189 matçın hüququ 320 milyon avroya satılacaq. Bu, 64 matç çox, 40 milyon avro azdır.
Belə model həvəskarları bu idman növündən daha da uzaqlaşdıracaq. UEFA-nın hazırladığı yeni model bütün dünya azarkeşlərinin tələb etdiyi model deyil. O, UEFA-nın idarəetmə sisteminə, yəni digər dövrlərə xas olan sistemə ən uyğun modeli təmsil edir. Azarkeşlərin və futbolçuların tələbləri, eləcə də klubların tələbləri nəzərə alınmır”, – Peresin sözlərini As sitat gətirib.
Aut.az
