Maraq var: “Siti”nin vingeri “Barsa”ya təklif edildi
“Mançester Siti”nin belçikalı vingeri Jeremi Doku “Barselona”ya təklif olunub.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 22 yaşlı futbolçu İngiltərə nəhəngində oyun vaxtından narazıdır, ona görə də agentlərindən karyerasını davam etdirmək üçün yeni variantları araşdırmağı xahiş edib.
Belçikalının namizədliyi onu imzalamaqda maraqlı olan “Barselona”ya təklif edilib, lakin problem maliyyə məsələsindədir: Kataloniya nəhəngi Jeremi ilə müqavilə imzalamaq üçün maaş xərclərini azaltmalıdır.
Bu mövsüm Jeremi Doku klub səviyyəsində 22 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.
Aut.az
