Dostunun sabiq həyat yoldaşının yeni sevgilisini döydü
Bu mövsüm “Valyadolid”də icarə əsasında çıxış edən ” Kadis”in cinah oyunçusu Darvin Maçis bir şəxsə bədən xəsarəti yetirməkdə təqsirli bilinib.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Maçis və bir neçə dostunun keçmiş həyat yoldaşının yeni sevgilisini döydüyü və nəticədə məhkəməyə verildiyi bildirilir. İttiham tərəfi venesuelalı futbolçuya 4 il həbs cəzası istəyib. Bununla belə, məhkəmə Maçisin əvvəllər heç bir cinayət törətmədiyini və günahını etiraf etdiyini nəzərə alaraq, 30 yaşlı vingerin zərərçəkənə 9600 avro məbləğində cərimə ödəməli olduğu haqda hökm çıxarıb.
Aut.az
