Yayda onu da aparmaq istəyirlər
Səudiyyə “Əl-Hilal”ı yayda “Barselona”nın ispaniyalı hücumçusu Robert Levandovskini transfer etmək istəyir .
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl “mavi qranatlar”ın 35 yaşlı futbolçunu gələn yayda sata biləcəyi barədə məlumat yayılmışdı. Əvvəlki transfer pəncərəsində Levandovski ilə Səudiyyə Ərəbistanı klubları maraqlanırdı.
Bu mövsüm Robert Levandovski bütün yarışlarda 17 matçda iştirak edib, səkkiz qol və dörd məhsuldar ötürmə edib. Eyni zamanda, polşalının kataloniyalılarla müqaviləsi 2026-cı il iyunun 30-na kimi, bir il müddətinə də uzadılacaq.
Hazırda “Əl-Hilal”ın heyətində bu ulduz futbolçular var: Yacine Bono, Kalidou Kulibali, Sergey Milinkovic-Savic, Ruben Neves, Malkolm, Neymar və Aleksandar Mitrovic.
Aut.az
