“Real” onu geri qaytarır?
“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan qış transfer pəncərəsində klubunu dəyişə bilər.
Aut.az xəbər verir ki, bu barədə İngiltərə və İspaniyanın aparıcı KİV-ləri məlumat yayıb.
Bildirlir ki, fransalı müdafiəçi “Yunayted”dən narazıdır və “Real”a qayıtmağı düşünməyə hazırdır. Madrid komandası 30 yaşlı futbolçu ilə maraqlanır, çünki mərkəz müdafiəçiləri Eder Militao və David Alaba zədə səbəbindən uzun müddət oynamayacaqlar.
Qeyd olunur ki, “Bayern” də Varanı transfer etməyə iddialıdır. Münhenlilər müdafiəçinin transferi üçün 10-20 milyon avro arası məbləğ ödəməyə hazırdır.
Bu mövsüm Varan “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 14 oyun keçirib və bir qol vurub. Futbolçunun ingilis klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir.
Daha əvvəl “Real”ın baş məşqçisi Karlo Ançelottinin Varanınin qayıtmasına şad olacağı bildirilirib. Fransalı müdafiəçi 2013-2015-ci illərdə italiyalı mütəxəssisin rəhbərliyi altında Madrid klubunda çıxış edib.
