İspaniya

“Barselona” və “Real” XIV Leonu təbrik etdi

“Barselona” və “Real” yeni Papa XIV Leonu təbrik edib.

Aut.az xəbər verir ki, amerikalı Robert Prevost yeni Papa seçilib. 69 yaşlı keşiş XIV Leo adını götürüb.

“Real” , onun prezidenti və idarə heyəti, yeni Papa XIV Leonu təbrik edir və ona Katolik Kilsəsinin və xristian icmasının başında parlaq gələcək arzulayır, onun papalığının sülh, həmrəylik, qardaşlıq və ədalətin daha da dərinləşməsinə töhfə verəcəyinə əmindir”, – “Real”ın bəyanatında deyilir.

“Barselona” yeni pontifik XIV Leoya xalqlar arasında sülh və anlaşma ilə dolu bir papalıq arzulayır”, – “Barselona”ın təbrikində qeyd edilib.

Aut.az