İspaniya

“Barselona”nın ulduzu “Əsrin idmançısı” seçildi

“Barselona”nın hücumçusu Robert Levandovski karyerasına daha bir fərdi uğur əlavə edib.

Aut.az xəbər verir ki, o, Polşa Futbol Federasiyası tərəfindən “Əsrin idmançısı” seçilib. Ciddədə “Real” ilə İspaniya Superkuboku finalında iştirak etdiyi üçün mükafatlandırma mərasiminə qatıla bilməyən futbolçunun yerinə bu şərəfi həyat yoldaşı Anna Levandovska qəbul edib.

Videokonfrans vasitəsilə danışan Levandovski minnətdarlığını bildirib: “Əsrin idmançısı titulu almaq böyük bir şərəfdir və izlədiyim yolun mənalı olduğunu göstərir. Bu yol heç vaxt tək addımlanmayıb. Bu tanınma çox insanın – məşqçilərimin, personalın, komanda yoldaşlarımın, azarkeşlərin və ailəmin əməyinin nəticəsidir.

Buradakılardan daha çox qaçdığım müddətcə təqaüdə çıxmayacağımı vəd edirəm”.

Aut.az