UEFA bu klubu avrokuboklardan uzaqlaşdırdı
“Osasuna” 2023/2024 mövsümündə Avropa Konfrans Liqasında iştirak edə bilməyəcək.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirlib ki, qitə futbol qurumu danışılmış oyunlarda ittiham olunan La Liqa təmsilçisinin apellyasiya şikayətini rədd edib. Klub UEFA-nın qərarı ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini bildirib.
UEFA-nın müfəttişləri 2013/2014 mövsümündə danışılmış oyunlarla bağlı araşdırmanın yekununda komandanın avrokuboklardan çıxarılmasını tövsiyə ediblər. İddiaya görə, “Betis” həmin mövsüm İspaniya çempionatında “Real Valyadolid” və “Osasuna”ya uduzmalı, bunun qarşılığında 600 000 avro dəyərində iki ödəniş almalı idi.
UEFA-nın bu qərarına əsasən, “Osasuna”nı Konfrans Liqasında “Atletik” əvəz edəcək.
