Yeni mövsümdə La Liqada ən çox məvacib alacaq futbolçu – Mbappe deyil
“Barselona”nın yarımmüdafiəçisi Frenkie de Yonq yeni 2024/2025 mövsümü üçün İspaniya çempionatında ən çox maaş alan futbolçu olacaq.
Aut.az xəbər verir ki, “Capology” maliyyə portalının məlumatına görə, 27 yaşlı niderlandlının vergidən əvvəlki maaşı ildə 37,5 milyon avro təşkil edir.
La Liqa oyunçularının reytinqində ikinci yeri Kataloniya komandasının polşalı hücumçusu Robert Levandovski (33,3 milyon avro) tutur. İlk üçlüyü “Real Madrid”in yeni transferi Kilian Mbappe (31,3 milyon avro) tamamlayır .
İlk onluğa həmçinin “kral klubu”nun digər beş futbolçusu daxildir – David Alaba (4-cü), Cud Bellinqem (6-cı), Vinisius Junior (7-ci), Federiko Valverde (9-cu) və Tibo Kurtua (10-cu). Beşinci yerdə “Atletiko Madrid”in sloveniyalı qapıçısı Yan Oblak qərarlaşıb. Səkkizinci yerdə “Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğandır.
Aut.az
