İspaniya

Atası ilə prezidentin görüşü: Detallar bəlli oldu

“Barselona”nın prezidenti Xuan Laporta ilə Lionel Messinin atası və meneceri Xorxenin ötən gün bir araya gəldiyi barədə məlumat vermişdik.

Aut.az xəbər verir ki, görüşün detalları müəyyənləşib. Laporta qarşı tərəfdən başqa komandadan gələn təklifi qəbul etməməyi xahiş edib. Bu barədə “El Chiringuito” məlumat yayıb.

Kataloniya təmsilçisinin rəhbəri Xorxedən ona vaxt verməsini istəyib. Klub prezidenti əmindir ki, La Liqanın təsdiqindən sonra maliyyə planına uyğun olaraq argentinalı hücumçu ilə müqavilə imzalaya biləcək.

Qeyd edək ki, Messi 2004-2021-ci illərdə “Barselona”da çıxış edib. O, 2021-ci ilin yayından etibarən çıxış etdiyi PSJ-dən ayrılır. Argentinalı futbolçunun parislilərlə müqaviləsi iyunun 30-da başa çatacaq.