Şahmat

“Şah” Soyun acığını Nakamuradan çıxa biləcək?

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində növbəti oyununu keçirəcək.

Aut.az xəbər verir ki, 38 yaşlı qrossmeyster 7-ci turda ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.

Məmmədyarov 6-cı turda armageddonda Uesli Soya (ABŞ) yenilib. O, hazırda 8 xalla beşinci pillədə qərarlaşıb. Nakamura isə 11 xalla ikinci sıradadır.

“Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.