İspaniya

“Real”da emosional vida – FOTO

“Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç İspaniya çempionatının 38-ci turunda “Real Sosyedad”la oyunda (2:0) iştirak edərək “ağ-qaralar”ın heyətində “Santyaqo Bernabeu”da son oyununu keçirib.

Aut.az xəbər verir ki, komandanın futbolçuları xorvatiyalı yarımmüdafiəçi ilə emosional tərzdə vidalaşıblar. Onlar Modriçi bir neçə dəfə göyə atıb-tutublar.

Sonra Modriç hamı ilə, o cümlədən bir il əvvəl karyerasını başa vuran Toni Kroosla qucaqlaşıb.

Modriç 2012-ci ildən “Real Madrid”də çıxış edir. Bu müddət ərzində yarımmüdafiəçi komanda ilə 28 kubok, o cümlədən 6 Çempionlar Liqası kuboku qazanıb. Komandanın heyətində 590 matçda Luka 43 qol vurub və 95 məhsuldar ötürmə edib.

“Real”da emosional vida – FOTO

Aut.az