“Dinamo”nun sabiq futbolçusu öldü
Kiyev “Dinamo”sunun sabiq futbolçusu Aleksandr Berejnoy 67 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“68 yaşında “Dinamo”nun keçmiş futbolçusu Aleksandr Berejnoyun ürəyi dayandı”, – məlumatda deyilir.
Aleksandr Nikolayeviç futbolçu karyerasını başa vurduqdan sonra həyat yoldaşı Lyudmila Vladimirovna ilə Kiyevdə yaşayıb və bu yaxınlara qədər “Zvezda” Gənclər İdman Məktəbində uşaq məşqçisi işləyib.
Ölümün səbəbi barədə məlumat verilmir.
Aut.az
