İspaniya

Şok iddia: “Barsa”lılar İspaniya yığmasını boykot edəcəkmiş, əgər…

“Barselona”nın futbolçuları Daniel Olmonun cari La Liqa mövsümünün ikinci hissəsində qeydiyyatdan keçməyəcəyi təqdirdə İspaniya millisini boykot etmək variantını nəzərdən keçirib.

Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Mənbənin məlumatına görə, yığmaya çağırışdan imtina etməyə hazır olan futbolçular Qavi, Pedri, Kubarsi, Kasado, Yamal və Fermin olub.

Nəşrin vurğuladığı kimi, “Barselona” oyunçuları La Liqa prezidenti Xavyer Tebasın mövqeyini tutan və futbolçuların maraqlarını müdafiə etməyə çalışmayan İspaniya Kral Futbol Federasiyasına (RFEF) bu şəkildə etirazlarını bildirmək istəyiblər.

Çərşənbə günü, yanvarın 8-də məlum olub ki, İspaniya Ali İdman Şurası (CSD) La Liqa və İspaniya Kral Futbol Federasiyasının imtinasına baxmayaraq, Olmonun müvəqqəti olaraq La Liqa, İspaniya Kuboku və Superkubok heyətinə daxil edilməsinə icazə verib.

Aut.az