“Yuventus” “Barselona” forması ilə oynayacaq – FOTOFAKT
İsveçrə çempionatının dördüncü divizionunda çıxış edən “Yuventus” klubu “Barselona”nın forması ilə çıxış edir.
Aut.az xəbər verir ki, bu barədə “Footy Headlines” məlumat yayıb.
“Yuventus” 2022/23 mövsümü üçün “Barselona”nın səfər formasından istifadə edəcək.
Üstəlik, söhbət oxşar dizaynlı formadan yox, konkret olaraq İspaniya klubunun loqosunun üstündə “Yuventus”un embleminin yapışdırıldığı katalonların formasından gedir. Bəzi fotolarda “Yuventus” loqosunun altından “Barselona” embleminin siluetləri görünür.
İsveçrə klubunun köməkçi məşqçisi Sebastyan Bauert iddia edir ki, forma ilə bağlı bu vəziyyət klubun maliyyə problemləri ilə deyil, atası və klubun idman direktoru Pyero Bauertin “Barselona”nın ehtiraslı azarkeşi olması ilə bağlıdır.
Aut.az

