Futbolçu evində ölü tapıldı
“Panatinaikos”un müdafiəçisi Corc Baldok ölü tapılıb.
Aut.az xəbər verir ki, 31 yaşlı futbolçunun meyiti oktyabrın 9-da Afina ətrafında yerləşən evinin hovuzunda aşkar edilib. Ölümün səbəbi hələ müəyyən edilməyib.
Baldok yayda “Panatinaikos”a keçib və 4 matçda iştirak edib. 2017-ci ildən İngiltərənin “Şeffild Yunayted” klubunda çıxış edib və 83-ü Premyer Liqada olmaqla 219 oyun keçirib.
Qeyd edək ki, Baldok 2022-ci ildə Yunanıstan millisində debüt edib və 12 oyunda iştirak edib.
Aut.az
